“Danışıqlarda Rusiya və Ukraynanı eyni səviyyəyə qoymaq olmaz” - Dövlət Departamenti

Aprel 22
08:55
2023
Ukraynada sülhün bərqərar olması üçün danışıqlar Ukrayna tərəfinin şərtləri əsasında aparılmalıdır.
"Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
"Bu iki ölkəni, Rusiya və Ukraynanı eyni səviyyəyə qoymaq məsuliyyətsizlikdir. Biri digərinin sərhədlərini silməyə, digəri isə həyatını qorumağa çalışır”, - Patel bildirib.
O həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin danışıqlarla bitəcəyi ilə bağlı sözlərini xatırladıb.
"Lakin bu, Ukrayna tərəfinin şərtləri ilə olmalıdır”, - Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.