Danimarkada Novruz bayramı münasibətilə tədbir
Mart 23
13:38
2016
Danimarka "Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Kopenhagendə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Danimarka ictimaiyyətinə ölkəmizin mədəniyyəti, milli adətləri, musiqisi və mətbəxini nümayiş etdirmək, habelə burada yaşayan azərbaycanlıları bir araya gətirməklə bayram sevincini yaşatmaqdan ibarət olub.
Novruz bayramının xalqımızın mədəniyyətinin və milli adət-ənənələrinin qorunub saxlanılmasındakı rolundan söz açan "Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Azərbaycanın zəngin mədəniyyətini özündə yaşadan bu bayramın xalqımızın əsrlərdən bəri qoruyub saxladığı böyük bir dəyər olduğunu bildirib.
Sonra tədbir musiqi və əyləncəli proqramla davam etdirilib. Danimarkada fəaliyyət göstərən "Cırtdan” uşaq yaradıcılığı qrupunun ifasında təqdım olunan Azərbaycan milli rəqsləri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdə Danimarka yaşayan Azərbaycan, türk, türkmən xalqlarının diaspor təmsilçiləri, habelə yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qlobal.az