Dalya Qribauskayte: “Saziş hazırdır. Dramatik vəziyyət sovuşdu”
Fevral 20
19:49
2016
Avropa ölkələrinin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə islahatlar paketi ilə bağlı razılığa gəliblər.
Bu islahatlar Böyük Britaniyanın Avropa Birliyindən (Aİ) çıxışını əngəlləməlidir.
Litva prezidenti Dalya Qribauskayte "Twitter"dəki mikrobloqunda sammitin nəticəsi ilə bağlı bu sözləri yazıb: "Saziş hazırdır. Dramatik vəziyyət sovuşdu”.
Avropa Şurasının sədri Donald Tusk da "Twitter"də #UKinEU (Böyük Britaniya Avropa İttifaqında – AZƏRTAC) heşteqindən istifadə edərək "yeni sazişin yekdilliklə dəstəkləndiyini” bildirib.
Baş nazir Devid Kemeron bəyan edib ki, Böyük Britaniya Avropa İttifaqında xüsusi status alır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri



