Dağlıq Qarabağda gərginlik: Azərbaycanın mövqeyi- Vatikan Radiosuna səfir Elçin Əmirbəyovun müsahibəsi
İyun 07
11:08
2016
Vatikan radiosu Dağlıq Qarabağda baş verən
son hadisələrlə bağlı erməni araşdırmaçısı Gaidz Minasyandan intervyü almışdı.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov hadisələrin birtərəfli işıqlandırılmasına
etirazını bildirmiş və bunu nəzərə alan Vatikan Radiosu səfirin bu məsələ ilə
bağlı müsahibəsini yayımlamışdır. Radio-intervyünün redaksiyaya millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası
işçi qrupun üzvü Cavanşir Feyziyev tərəfindən təqdim olunmuş Azərbaycan
dilinə tərcüməsini oxucularımızın diqqətinə
çatdırırıq.
Aparıcının şərhi: Mayın 17-də Dağlıq Qarabağ bölgəsində yenidən qarşıdurma olub və hər iki tərəfdən həlak olanlar var. Bu, Sovet İttifaqının dağılmasından sonra silahlı münaqişələr meydanına çevrilmiş Qafqazda sonuncu silkələnmədir. Artıq, apreldə dörd gün ərzində intensiv döyüşlər olmuş və müharibənin yenidən başlanması qorxusu yaranmışdı. O vaxtdan Yerevan və Bakı arasında zəif bir atəşkəs razılaşması imzalanmışdır. Odur ki, indi hər iki ölkənin – Ermənistanın və Azərbaycanın prezidentləri sülh prosesindən danışmalıdırlar.
Səfir : Burada həm də suveren dövlətlərin ərazi bütövlüyü prinsipi var. Ümumiyyətlə, bildiyiniz kimi, beynəlxalq hüququn bir çox prinsipləri var, o cümlədən də bəzən bir-biri ilə ziddiyyət təşkil edən bu iki prinsip : bir yandan hansısa bir xalqın öz müqəddəratını həll etməsi prinsipi, digər tərəfdən isə suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi. BMT-nin Xartiyasında və eləcə də ATƏT-in Helsinki pinsipində də aydın şəkildə deyilir ki, xlaqların öz müqəddaratını həll etməsi prinsipi suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması hesabına həyata keçirilə bilməz. Əgər belə olarsa, digər dövlətlərin ərazisində yaşayan çoxlu sayda milli azlıqların olduğu Avropada dövlətlərin razılığı olmadan belə istəklər ortaya çıxdığı halda nələrin ola biləcəyini təsəvvür etmək belə mümkün olmaz. Odur ki, bu gün Ermənistan Respublikası tərəfindən işğal olunmuş ermənilərin yaşadığı ərazilərin Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə mümkün deyil.
Müxbir : Bəs, hətta BMT qətnamələrinə və Azərbaycanın suveren dövlət kimi ərazi bütövlüyünə hörmət prinsipinə əməl olunsa, yenə də bu ərazinin əhalisinin əksəriyyəti erməni olduğunu nəzərə almaq şərtilə Dağlıq Qarabağın gələcəyini necə təsəvvür edirsiniz ?
Səfir: ATƏT-in üç həmsədrinin – Fransa, ABŞ və Rusiyanın rəhəbrlik etdiyi Minsk Qrupu tərəfindən aparılan sülh prosesi var və bu qrup münaqişənin Azərbaycanın və Ermənistanın qəbul edəcəyi həll yolunu arayıb tapmaqla məşğuldur. Aprelin əvvəlindəki döyüşlər bir daha göstərdi ki, işğalın yaratmış olduğu bu günkü kvo-status qəbul olunmazdır və durum bu cür davam edə bilməz. 1994-cü ildən bəri regionda siyasi, iqtisadi, demoqrafik, hərbi güc nisbətinin dəyişdiyi də göz önündədir və durum, daha 20 il bundan öncəki kimi deyil. Odur ki, Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz. Onu da xatırladaq ki, Azərbaycan torpaqlarının işğalı dünya ictimaiyyəti və o cümlədən də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə kəskin pislənir. Bu qətnamələrin böyük önəmi var. Onlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipini bir daha təsdiq edir. Məsələnin uzun müddətli həllinə nail olmadan bu status-kvonun möhkəmlənməsini təsəvvür etmək mümkün deyil. Bəs, məsələnin həllinə necə nail olmaq olar ? İşğal kvo-statusunu dəyişmək üçün konkret addımlar atılmalıdır : ilk öncə Dağlıq Qarabağ ətrafındakı bölgələr dərhal işğaldan azad olunmalıdır. Odur ki, vasitəçilərin planına görə, əvvəlcə Ermənistan Respublikasının silahlı qüvvələri işğal etdiyi Qarabağ ətrafındakı beş rayondan geri çəkilir, Azərbaycan ilə Ermənistan və eyni zamanda Türkiyə ilə Ermənistan arasında komunikasiya vasitələri açılır, həmin beş rayonun evlərini tərk etmiş köçkünlərinin geri qaytarılması prosesi başlayır və həm də təbii ki, bu ərazilərdə insanların təhlükəsizliyi təmin olunur. Burada söhbət BMT TŞ-nın bu ərazilərdə sülhü təmin etmək üçün mandat verdiyi ATƏT-insülhün qorunması planından gedir. Sonrakı ikinci mərhələdə isə iki rayonun – Laçın və Kəlbəcər rayonlarından erməni hərbi birləşmələrinin evakuasiyası və Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirəcək dəhlizin parametrlərinin müəyyənləşdiriləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Elə bu zaman Dağlıq Qarabağın müvəqqəti statusunun da müzakirəsi başlanacaq.
Qlobal.az

17
may toqquşmasından sonra Vatikan Radiosunun fransız dilli redaksiyası fransız
araşdırmaçı Gaidz Minasyandan müsahibə götürmüşdür. Minasyan münaqişənin
mənşəyindən, Ermənistan ilə Azərbaycan arasında qarşıdurmanın tarixindən
danışmışdır.
Azərbaycanın
Parisdəki səfiri bu yayımdan sonra təəssüfünü və bizə bu müsahibəni "münaqişənin
tarixinin sırf erməni versiyası” olduğu üçün "son dərəcə qərəzli” hesab etdiyini bildirdi. "Beynəlxalq hüquq hər yerdə
tətbiq olunmalıdır” deyə xatırladan səfir təəssüf edir ki, Azərbaycan torpaqlarının işğal altında
qalması ilə bağlı Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının qətnamələri
tətbiq olunmamış qalır.
Redaksiya
Azərbaycan səfirinin cavab vermək hüququnun olduğunu nəzərə alaraq ona bu
imkanı yaratdı. Odur ki, Xavier Sartre Azərbaycanın Fransadakı səfiri Elçin
Əmirbəyov ilə görüşmüş və səfir bu münaqişə ilə bağlı öz ölkəsinin mövqeyini
açıqlamışdır:
Səfir: Bu münaqişə nə bu gün başlayıb, nə də ki, dünən.
Burada söhbət lap çoxdan rus imperiyasının İran və Türkiyədən köçürülmüş
əhalinin bu ərazilərdə yerləşdirməsi ilə yaradılmış anklavdan gedir ki, burada
da əsas məqsəd ehtiyac olduğu halda yerli əhali ilə bu gəlmələr arasında
münaqişə yaratmaq imkanı əldə etməkdən ibarət olmuşdur. Burada söhbət
münaqişədən əvvəl Dağlıq Qarabağ muxtar vilayəti adlanmış və Azərbaycan
Sosialist Respublikasının tərkibində olmuş ərazidən gedir. Həmin bu Dağlıq
Qarabağ muxtar vilayətini Ermənistandan Azərbaycanın iki rayonu – Laçın və
Kəlbəcər rayonları ayırırdı və bu rayonlarda ermənilər yaşamırdı. 80-ci illərin
sonunda Dağlıq Qarabağ əhalisnin 75 faizini ermənilər, 25 faizini isə
azərbaycanlılar təşkil edirdi. 1987-88-ci illərdə başlamış və 1994-cü ildə
dayandırılmış münaqişənin aktiv fazasında, təəssüflər olsun ki, Ermənistan
Respublikasının silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətraf bölgələrini
işğal edərək bu ərazilərdə etnik təmizləmə həyata keçirmişlər. Yəni Dağlıq Qarabağın
əhalisinin 25 faizini təşkil edən azərbaycanlılar və eləcə də ətraf rayonların azərbaycanlı
sakinləri öz doğma ocaqlarından didərgin düşdülər. Söhbət köçkün düşmüş 750 min nəfərdən gedir.
Bu münaqişə nəticəsində daha öncə Ermənistanda yaşamış və öz ev-eşiyindən
qovularaq qaçqına çevrilmiş 250 min azərbaycanlı da Ermənistanın sərhədindən
keçərək Azərbaycana pənah gətirmişlər və beləliklə də qaçqın və köçkünlərin
ümumi sayı təxminən bir milyon nəfərə çatmışdır.2016-cı il aprelin əvvəlində
baş vermiş hadisələrə gəldikdə isə, qeyd etmək lazımdır ki, 1994-cü ilin
mayından etibarən əldə edilmiş atəşkəs aprelin ilk günlərində pozulmuşdu və biz
hücumların əsas hədəfinə çevrilmiş silahsız mülki əhalimizi qorumalıydıq. Buna
görə də düşməni geri oturtmaq qərarı verildi. Beləliklə də bu döyüşlər bir neçə
gün davam etdi. Sonra isə vasitəçilərin, xüsusilə də Rusiyanın müdaxiləsindən
sonra Ermənistan və Azərbaycan ordusunun Baş qərargah rəisləri atəşkəs barədə
razılığa gəldilər. Bu razılaşma aprelin 5-də Moskvada onların rus
həmkarının iştirakı ilə imzalandı və
qüvvəyə mindi. 1994-cü ildən bəri ən ciddi atəşkəs pozuntusu və ən ciddi
silahlı qarşıdurma baş vermişdi. Bu yenilənmiş döyüşlər nəticəsində Azərbaycan
silahlı qüvvələri cəbhənin şimal və cənub istiqamətlərində strateji baxımdan
əhəmiyyəti böyük olan bir sıra əraziləri – bu döyüşlərin əsas qurbanlarına
çevrilmiş mülki əhalinin müdafiəsi üçün çox önəmi olan yüksəklikləri ələ
keçirdi.
Müxbir : Ermənistan ilə Azərbaycan arasındakı
bu münaqişədə hər iki tərəfdən əhali yaşadığı yerləri tərk etməyə məcbur olub.
Hər halda bu münaqişənin mənşəyində əhalisinin əksəriyyəti ermənilərdən ibarət
olan Dağlıq Qarabağın statusunun dəyişməsi tələbi durur, sovet imperiyası
zamanında da, Azərbaycanın müstəqilliyi dönəmində də… Hər şeyə rəğmən siz
əhalisinin əksəriyyəti ermənilərədən ibarət olan bu ərazinin sakinlərinin
Ermənistana birləşmək istəməsini qəbul edə bilərsinizmi?
Səfir : Burada həm də suveren dövlətlərin ərazi bütövlüyü prinsipi var. Ümumiyyətlə, bildiyiniz kimi, beynəlxalq hüququn bir çox prinsipləri var, o cümlədən də bəzən bir-biri ilə ziddiyyət təşkil edən bu iki prinsip : bir yandan hansısa bir xalqın öz müqəddəratını həll etməsi prinsipi, digər tərəfdən isə suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi. BMT-nin Xartiyasında və eləcə də ATƏT-in Helsinki pinsipində də aydın şəkildə deyilir ki, xlaqların öz müqəddaratını həll etməsi prinsipi suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması hesabına həyata keçirilə bilməz. Əgər belə olarsa, digər dövlətlərin ərazisində yaşayan çoxlu sayda milli azlıqların olduğu Avropada dövlətlərin razılığı olmadan belə istəklər ortaya çıxdığı halda nələrin ola biləcəyini təsəvvür etmək belə mümkün olmaz. Odur ki, bu gün Ermənistan Respublikası tərəfindən işğal olunmuş ermənilərin yaşadığı ərazilərin Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə mümkün deyil.
Müxbir : Bəs, hətta BMT qətnamələrinə və Azərbaycanın suveren dövlət kimi ərazi bütövlüyünə hörmət prinsipinə əməl olunsa, yenə də bu ərazinin əhalisinin əksəriyyəti erməni olduğunu nəzərə almaq şərtilə Dağlıq Qarabağın gələcəyini necə təsəvvür edirsiniz ?
Səfir: ATƏT-in üç həmsədrinin – Fransa, ABŞ və Rusiyanın rəhəbrlik etdiyi Minsk Qrupu tərəfindən aparılan sülh prosesi var və bu qrup münaqişənin Azərbaycanın və Ermənistanın qəbul edəcəyi həll yolunu arayıb tapmaqla məşğuldur. Aprelin əvvəlindəki döyüşlər bir daha göstərdi ki, işğalın yaratmış olduğu bu günkü kvo-status qəbul olunmazdır və durum bu cür davam edə bilməz. 1994-cü ildən bəri regionda siyasi, iqtisadi, demoqrafik, hərbi güc nisbətinin dəyişdiyi də göz önündədir və durum, daha 20 il bundan öncəki kimi deyil. Odur ki, Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz. Onu da xatırladaq ki, Azərbaycan torpaqlarının işğalı dünya ictimaiyyəti və o cümlədən də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə kəskin pislənir. Bu qətnamələrin böyük önəmi var. Onlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipini bir daha təsdiq edir. Məsələnin uzun müddətli həllinə nail olmadan bu status-kvonun möhkəmlənməsini təsəvvür etmək mümkün deyil. Bəs, məsələnin həllinə necə nail olmaq olar ? İşğal kvo-statusunu dəyişmək üçün konkret addımlar atılmalıdır : ilk öncə Dağlıq Qarabağ ətrafındakı bölgələr dərhal işğaldan azad olunmalıdır. Odur ki, vasitəçilərin planına görə, əvvəlcə Ermənistan Respublikasının silahlı qüvvələri işğal etdiyi Qarabağ ətrafındakı beş rayondan geri çəkilir, Azərbaycan ilə Ermənistan və eyni zamanda Türkiyə ilə Ermənistan arasında komunikasiya vasitələri açılır, həmin beş rayonun evlərini tərk etmiş köçkünlərinin geri qaytarılması prosesi başlayır və həm də təbii ki, bu ərazilərdə insanların təhlükəsizliyi təmin olunur. Burada söhbət BMT TŞ-nın bu ərazilərdə sülhü təmin etmək üçün mandat verdiyi ATƏT-insülhün qorunması planından gedir. Sonrakı ikinci mərhələdə isə iki rayonun – Laçın və Kəlbəcər rayonlarından erməni hərbi birləşmələrinin evakuasiyası və Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirəcək dəhlizin parametrlərinin müəyyənləşdiriləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Elə bu zaman Dağlıq Qarabağın müvəqqəti statusunun da müzakirəsi başlanacaq.
Müxbir : Bu sülh prosesinin nəticəsi kimi, Qarabağın
müvəqqəti statusu çərçivəsində Azərbaycan bu bölgənin müstəqilliyini və yaxud
Ermənistana birləşməsini qəbul edə bilərmi?
Səfir : Bu gün bu
bölgəyə Azərbaycan dövləti içində daha geniş avtonomiyanın verilməsi barədə
danışmaq daha real olar. Mən, artıq, bunu qeyd etdim : Azərbaycan
ərazisində ikinci bir erməni dövlətinin qurulması və yaxud bu bölgənin
Erməsitana birləşdirilməsi mümkün ola bilməz. Torpaqdan pay verməzlər. Bununla
belə, biz anlayırıq ki, hər iki icmanın sülh şəraitində harmonik birgəyaşayışı
təmin olunmalıdır : bir tərəfdə çoxluq təşkil edən ermənilər, bir tərəfdə
isə azlıq təşkil edən azərbaycanlıların normal birgəyaşayış şərtlərinin təmin
olunması ilə bir yerdə yaşaması tam mümkündür. Azərbaycan əhalisinin
əksəriyyəti müsəlman olsa da, tam dünyəvi bir dövlətdir və burada müxtəlif
dinlər və müxtəlif etnoslar harmonik şəkildə bir yerdə yaşayırlar. Hesab edirəm
ki, bir gün ermənilər də bu sülhdən bəhrələnərək digər millətlər kimi
azərbaycanlılarla birgə yaşayacaqlar.
Qlobal.az