Daimi nümayəndəliyin rəhbəri sərgidə iştirak edib FOTO
İyul 02
14:38
2021
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunmuş sərgidə iştirak edib
İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunmuş "Tekstilin Gələcəyi-Dayanıqlı Moda” adlı sərgidə iştirak edib.
Daimi nümayəndəliyin məlumatına görə sərgi İsveçin ölkəmizdəki səfirliyi, "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Daş Salnamə Muzeyinin birgə təşkilatçılığı ilə İsveç İnstitutu tərəfindən təşkil olunub.
Qlobal.az







