SON XƏBƏR

Daha iki konqresmen Azərbaycana qarşı sanksiyalar layihəsinə qoşulub

Fevral 13
14:49 2016
ABŞ konqresi Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər.
 
Nyu-York ştatından olan demokrat konqresmen Luiza Sloter və Nevada ştatından olan Co Hek Azərbaycana qarşı sanksiya haqqında qanun layihəsinə qoşularaq rəsmi Bakıya qarşı məhdudiyyətləri dəstəkləyiblər. "Azərbaycanın demokratiya Aktı” qanun layihəsi 2015-ci ilin sonunda konqresmen və Helsinki komissiyasının sədri Kristofer Smit tərəfindən irəli sürülüb. Smit 1915-ci il qondarma erməni soyqırımının tanınması uğrunda çıxışlar edib.
 
 
Co Hek-Konqresmen
 
Ötən ilin dekabrın 17-də ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen ” Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb. Bu layihə layihə "Azərbaycan Demokratiya Aktı 2015” adı altında təqdim edilib. Layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şəxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var idi.
 
 
Kristofer Smit – ABŞ-ın Helsinki komissiyasının sədri
 
 
(ANS)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook