SON XƏBƏR

Daha bir xəstəxanın direktoruna cinayət işi açıldı

Avqust 26
10:38 2021
"Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

Qaynarinfo xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci(Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook