Daha bir rusiyalı deputatın məsuliyyətə cəlb olunması təklif edilir
Aprel 01
15:00
2022
Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın "Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov "Report"a deyib ki, bir neçə gün bundan öncə Rusiya Dumasının deputatı Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında bəzi qüvvələr durur:
Deputat xatırladıb ki, A.Şerin müsahibəsində Azərbaycanı "Kalibr” və "İsgəndər" raketləri ilə hədələyib:
"Maraqlıdır ki, onun bu açıqlaması həmkarının dedikləri ilə üst-üstə düşür. Mixail Delyagin də ölkəmizin neft sənayesini raketlərlə vurmağa çağırışını etmişdi. Aleksandr Şerin bu fikirləri ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin əksinə çıxmaqla Rusiya Prezidentinə qarşı çıxdığını göstərir".
C.Osmanov bildirib ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb:



