SON XƏBƏR

Daha bir ölkə 10 rus diplomatını arzuolunmaz şəxs elan edib

Aprel 06
10:05 2022
Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Xarici İşlər Nazirliyi bildirir ki, Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyət və hərəkətlərinin 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu nəzərə alaraq, onları Rumıniya ərazisində arzuolunmaz şəxslər elan etmək qərarına gəlib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook