SON XƏBƏR

Daha bir izafi xərc: Bu Universitet 116 min manata TOYOTA aldı

Yanvar 21
23:42 2019
Ötən həftə Prezident İlham Əliyev fərman imzaladı.
 
Həmin fərmana görə Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlayacaq.
 
Yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılacaq. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə izafi xərcə yol verən təşkilatlardan biri də Sumqayıt Dövlət Universitetidir. 
 
Belə ki, SDU-nun 2018-ci ilin noyabr ayının 14-də "TOYOTA Abşeron Mərkəzi" MMC-dən 116000 manata avtomobil aldığı deyilir. 
 
Əməkdaşımız 116000 manatlıq avtomobilin alınmasının hansı zərurətdən yarandığına aydınlıq gətirmək üçün Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxladı. 
 
Lakin Universitetdən məsələ ilə bağlı heç bir münasibət bildirilmədi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook