Daha bir deputatlığa namizədə meyxana həsr etdilər (VİDEO)
Fevral 03
11:48
2020
Gərgin seçki rəqabətinin getdiyi 76 saylı Lənkəran – Astara seçki dairəsində deputatlığa namizədlərdən biri olan Xalid Bağırovun təbliğat kampaniyasında maraqlı məqamlar yaşanmaqdadır.
AzToday.az xəbər verir ki, icra hakimiyyətlərinin Xalid Bağırovun təşviqat kampaniyasına mane olmaq cəhdlərinə baxmayaraq yerli sakinlər namizədlərinə möhtəşəm dəstək ifadə etməkdə davam edirlər.
Qeyd edək ki, 76 saylı dairədən hakimiyyətin dəstəklədiyi namizəd Ziyafət Əsgərovdur.
"Bizim Xalid” – "Çəmə Xalid”-ə həsr olunan meyxananı təqdim edirik:
Xatırladaq ki, meyxana həsr edilən deputatlığa namizədlərdən biri də 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd Əzimağa İbrahimovdur.