Daha bir deputat xəstəxanalıq oldu -ƏMƏLİYYAT KEÇİRİB
Dekabr 20
13:04
2019
V çağırış Milli Məclisin deputatı Mahir Aslanov əməliyyat olunub. Bu informasiyanı Modern.az-a Mahir Aslanovun köməkçisi verib.
Köməkçisi əməkdaşımıza Mahir Aslanovun səhhətinin yaxşı olmadığını bildirib: "Mahir müəllim hazırda xəstədir. Ürəyinin iki damarı tutulduğuna görə əməliyyat keçirib. Ona görə hələ ki suallarınızı cavablandıra bilməyəcək”.
Xatırladaq ki, dünən daha bir deputatın səhhətində problem yaranmışdı. Belə ki, Araz Əlizadənin böyrəklərində yaranmış problemlərdən dolayı təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.



