SON XƏBƏR

Daha 560 erməni Dağlıq Qarabağa gətirilib – Sülhməramlıların təşkilatçılığı ilə...

Dekabr 16
05:30 2020
Rusiya Müdafiə Nazirliyinin dekabrın 15-də yaydığı məlumata görə, ötən gün ərzində Yuxarı Qarabağa 560 erməni «qaçqın» (oxu - terrorçu!) köçürülüb. Onların təhlükəsiz hərəkəti rusiyalı «sülhməramlılar» tərəfindən təmin olunub.

«Avtobuslarla Yerevandan Stepanakertə (Rusiya KİV-i Xankəndi adlı bu Azərbaycan şəhərini hələ də israrla Stepanakert adlandırır, baxmayaraq ki, Stepan çoxdan gorbagor olub - Red.) gün ərzində 566 nəfər gətirilib. Avtobusların hərəkəti Rusiya sülhməramlı patrulunun və hərbi polisinin müşayiəti altında həyata keçirilib» - xəbərdə belə deyilir.

Qeyd olunur ki, rusiyalı sülhməramlılar gün ərzində vəziyyətin davamlı monitorinqini aparıblar, 23 müşahidə məntəqəsində atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər, humanitar yardım göstəriblər və mülki infrastrukturu bərpa edirlər. Ümumilikdə, artıq atəşkəsdən sonrakı mərhələdə Yuxarı Qarabağa 39,7 min erməni (terrorçu!) köçürülüb - Azərbaycandan «xəbərsiz».

AzPolitika.info






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook