Daha 23 ailə Laçına yola salındı
Avqust 09
10:42
2023
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Avqustun 9-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 93 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.