SON XƏBƏR

Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək

Noyabr 21
08:46 2015
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur” operasının tamaşası keçiriləcəkdir.
 
Tamaşada əsas partiyalardan biri – Leonoranı gənc və istedadlı vokalçı, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova, onun tərəf müqabili Manriko partiyasını isə digər bir Əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Bakı Musiqi Akademiyasının məzunu Nina Makarova isə ilk dəfə tamaşada Azuçena rolunda çıxış edəcəkdir.
 
Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Dmitri Qrişin də çıxış edəcəkdir.
 
Qeyd edək ki, D.Qrişin vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. O, bir çox Avropa ölkələri – Macarıstan, İspaniya, Niderland, Almaniya və Şotlandiyada uğurlu qastrol səfərlərində olmuşdur. Ukraynalı vokalçı tamaşada Qraf de Luna partiyasını ifa edəcəkdir.
 
Tamaşanın dirijoru Dirijorların beynəlxalq müsabiqələrinin və Milli "Humay” mükafatının laureatı Əyyub Quliyevdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook