SON XƏBƏR

Üçüncü rübün sonuna qədər Almaniyada tənəzzül qeydə alınacaq - "Bloomberg"

Oktyabr 15
00:10 2024
"Bloomberg"in sorğusuna qatılan analitiklər Almaniya iqtisadiyyatının üçüncü rübdə 0,1% azaldığını düşünürlər. 

Qaynarinfo xəbər verir ki, ikinci rübdə ölkənin ÜDM-i də 0,1% azalıb və bu, ekspertlərə ölkə iqtisadiyyatının tənəzzül mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.

İlin sonunda "Bloomberg"in sorğusuna qatılan analitiklər Almaniyanın ÜDM-nin 2023-cü il səviyyəsində qalacağına əmindirlər. Bu proqnoz hökumətin ötən həftə açıqladığı rəqəmlərdən qat-qat optimistdir. 

Hökumətin proqnozlarına görə, Almaniyanın ÜDM-i 2024-cü ildə 0,2% azalacaq. Bu baş verərsə, Almaniya və ADR-in birləşməsindən sonra ikinci dəfə Almaniya iqtisadiyyatı iki il dalbadal daralacaq. Ötən il ÜDM 0,3% azalıb.

Bundan əvvəl Almaniyada tənəzzülün başlanacağını Hamburq Kommersiya Bankı proqnozlaşdırmışdı. Bank mütəxəssisləri 0,2% mümkün iqtisadi daralma barədə danışıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook