"Üçüncü devalvasiya gözləniləndir" - Ekspert
Yanvar 04
17:06
2016
"Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov "Facebook” sosial şəbəkəsində yazıb.
"Doğrudur, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdidr. ABŞ eyni zamanda idxalın struktrunu da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalınin 7.8 milyon barrel azaldan Birləşmiş Ştatların neft importunda heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Sədiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə "oynayır”,- iqtisadçı yazıb.
Vüqar Bayramov ötən ay keçirdiyi yığıncaqda OPEK-in hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etməsinin 2016-cı ildə neftin qiymətinin yükəsələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyili bədbinləşdirdiyini qeyd edib.
"Manatın devalvasiyası Azərbaycan ÜDM-nin son 1 ildə dollar ifadəsində 2 dəfə azalmasına səbəb oub. Bu baxımdan neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə parallel olaraq iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var”,- V.Bayramov əlavə edib.
Ekspert problemdən çıxış yollarını da göstərib: "Buna parallel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. İdxal monopoliyasının ləğvi istehlak bazarında qiymətlərinin bazar tərəfindən tənzimlənməsinə və qiymət azalmalarına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir. Bu kontekstdən biznesə müdaxilənin xüsusilə də rayonlarda tamamilə aradan qaldırılması vacibdir. Liberallaşmanın və eləcə də şəffaflığın strateji və dayanıqlı formada dəstəklənməsi üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi sürətləndirilməlidir. Kadr potensialının gücləndirilməsi daxil olmaqla hökumət institutlarını əhatə edəcək struktur islahatıarın genişləndiriıməsinə ehtiyac var. Qeyd edilən hər bir istiqamət üzrə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən geniş təhlilə əsaslanan dövlət sənədləri hazrılanıb ki, bu da hökumət üçün islahatların genişləndirilməsi üçün elmi-tədqiqi məlumat bazası ola bilər. İslahatlar strateji hədəflərə çatmaq üçün vacibdir. Çünki geniş miqyaslı islahatlar qısa deyil, orta və uzun müddət ölkəyə valyuta daxil olmasına imkan verir. Bu baxımdan, borclanma taktiki, islahatlar isə strateji əhəmiyyət daşımalıdır. Bu halda Azərbaycan neftin dünya bazar qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirlərini minimumlaşdıra bilər”.
Qaynar.info