SON XƏBƏR

"CPM-İnvest”in biznesi “əriməkdə” davam edir - Birjadakı itkiləri 830 milyon manata çatıb

Oktyabr 09
08:33 2024
"CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2 981 əqd üzrə 2 mlrd. 480,2 mln. manat təşkil edib. 

Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 25,1 % və ya 830,1 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk doqquz ayında "CPM-İnvest”in dövriyyəsi 3 mlrd. 310,4 mln. manat təşkil edib. 

Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 1 mlrd. 736,4 mln. manatı repo, 608,9 mln. manatı dövlət qiymətli kağızlarının, 109,6 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 22,4 mln. manatı korporativ istiqrazların və 3 mln. manatı isə səhmlərin payına düşüb.

Xatırladaq ki, "CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100 %-i Kəmalə Məmmədova adlı fiziki şəxsə aiddir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook