SON XƏBƏR

Corc Kluni: "Həyat yoldaşımı Azərbaycana səfər etmək fikrindən daşındırdım"

Sentyabr 08
01:54 2017
Hollivud aktyoru Corc Kluni etiraf edib ki, öz xanımı Amal Klunini Azərbaycana səfər etmək fikrindən daşındırıb.

Qlobal.az virtualaz.org-a istinadən bildirir ki, məşhur aktyorun bununla bağlı fikirlərini The Hollywood Reporter yayıb.
 
Xatırladaq ki, məşhur Britaniya vəkili Amal Kluni vaxtilə Avropa Məhkəməsində "ermənilərin soyqırımı”nın inkarında ittiham edilmiş Perinçekin işi üzrə prosesdə ermənilərin maraqlarını təmsil edirdi. Kluni o prosesi biabırcasına uduzdu.
 
"Necə oldusa, Amalla razılaşdıq ki, işimizdə bizi təhlükəli vəziyyətlərə qoymağa imkan verməyəcəyik. Bu o vaxt idi ki, Amal Maldiv adalarında idi və sabiq prezident Məhəmməd Naşedin həbsxanadan azad olunmasına nail olmağa çalışırdı. O nəhayət,  Maldiv adalarını tərk edəndə Azərbaycana getmək istəyirdi, onda orada onun daha bir müştərisi var idi”, - deyə Corc Kluni bildirib.
 
Hollivud aktyoru etiraf edib ki, öz arvadını Azərbaycana səfər fikrindən daşındırmaq üçün onunla sövdələşməyə getməyə məcbur olub: 
 
"Mən ona müqaviləmizi xatırlatdım. Mən Cənubi Sudana  səfərimi ləğv etməyə razılaşdım, o da Azərbaycana səfərdən imtina etməli idi. Və o razılaşdı”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook