SON XƏBƏR

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb

İyul 30
19:10 2024
COP29 ərəfəsində toyların keçirilməsi təxirə salınan bəzi restoranların adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Kolizey Hall", "Simfoniya Hall", "Nion Palace" restoranlarında məclislər təşkil olunmayacaq.

Həmin günlər ərzində "Neolit Hall"da toyların keçiriləcəyi bildirilib. "Ay işığı" restoranında da toylar təxirə salınmayacaq. Həmin restoranlardan bildirilib ki, rəsmi qərar verildiyi təqdirdə toylar keçirilməyəcək. Hələlik isə belə qərarın olmadığı bildirilib.

Əldə etdiyimiz digər bir məlumatda isə Bakının heç bir restoranında COP29-un davam etdiyi müddətdə el şənliklərinin keçirilməyəcəyi qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook