SON XƏBƏR

"Con Kerrinin məlum açıqlaması Qarabağ münaqişəsinin qızışdırılmasına xidmət edir"- ŞƏRH

Oktyabr 07
12:27 2016
"Azərbaycan müstəqiliyini elan etdikdən sonra hər zama ikili standartlarla yanaşan ABŞ-ın bu mövqeyi əslində, gözlənilən idi".
 
Qlobal.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri, politoloq Cəbrail Fərzəliyev bildirib. 
 

    
   Cəbrail Fərzəliyev
 
Politoloq bildirib ki, 1 aydan sonra dövlət idarəçiliyini yeni hökumətə təhvil verən Ağ Evin əməkdaşlığa zərbə vura biləcək bu açıqlamaları kifayət qədər qaranlıq məqamlardan xəbər verir.
 
"ATƏT-in Minsk qrupuna üzv olan bir ölkənin bu cür bəyənatı sadəcə təəssüf doğurur. ABŞ dünyanın ən güclü dövlətidir. Bu ölkə qlobal problemlərin həllinə yardımçı ola bilər, Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edə bilər, separatçıların ABŞ-a girişinə qadağa qoya bilər, Ermənistana hər il ayrılan milyonlarla yardımı dayandıra bilər. Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də "sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri "liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Belə bir sual meydana çıxır ki, hər zaman beynəlxaq hüquq normalarından, insan haqlarından, hüququn aliliyindən danışan ABŞ nəyə görə 1 milyon Azərbaycanlı qaçqınların taleyini müzakirə etmək əvəzinə öz qərəzli mövqyini ortaya qoyur?! Buradan da belə nəticə çıxır ki, Con Kerrinin məlum açıqlaması Qarabağ probleminin nizama salınması istiqamətində nəinki təşəbbüskar rolunu oynamır, o cümlədən, qızışdırıcılıq faktorunu açıq-aydın nümayiş etdirir".- deyə, Cəbrail Fərzəliyev qeyd edib.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook