SON XƏBƏR

Con Kerri: "Yəmən və Suriyadaki münaqişələrin həllində irəliləyiş əldə olunmalıdır"

Mart 12
16:10 2016
ABŞ dövlət katibi Yəmən və Suriyada baş verən münaqişələrin həllində irəliləyişi vacib sayır.
 
"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Con Kerri bu fikri Səudiyyə Ərəbistanında keçirdiyi görüşlər zamanı səsləndirib.
 
ABŞ dövlət katibinin kral Salman bin Əbdüləziz ilə "Hafar-el-Batin" hərbi bazasında danışıqlar apardığı qeyd olunur.
 
Con Kerri hesab edir ki, Yəmən və Suriyadaki qarşıdurmaların aradan qaldırılmasının vaxtı gəlib çatıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook