SON XƏBƏR

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq

Mart 04
08:38 2023
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

"Report” xəbər verir ki, bu barədə "Fox News” telekanalı məlumat yayıb.

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi deyib: "Bəli, mən bu barədə düşünürəm”.

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur.

Telekanal vurğulayıb ki, kiçik Robert Kennedi ABŞ-ın Demokratlar Partiyasından namizədliyinin irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı prezident Co Bayden noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyini bildirib.

Eyni zamanda Amerikalı iş adamı Perri Conson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq niyyətində olduğunu açıqlayıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook