SON XƏBƏR

Cocuq Mərcanlıda evlərin, məscidin və məktəb binasının tikintisi başa çatıb- VİDEO

May 24
15:11 2017
Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilən Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri başa çatıb.
 
Bunu "Report”un Qarabağ bürosuna açıqlamasında iş icraçısı Rafiq Əliyev bildirib.
 
Onun sözlərinə görə, yeni tikilən yaşayış evlərinin təmiri də yekunlaşıb və hazırda son tamamlama işləri görülür: "Çox xırda işlər qalıb. Bunlar da çılçıraqların və digər əşyaların quraşdırılmasıdır. Bundan başqa evlərin və həyətyanı sahələrin çəpərlənməsi də bitmək üzrədir”.
 
R.Əliyev əlavə edib ki, kəndə kommunal xətlərin çəkilməsi işləri də qısa müddətdə başa çatacaq: "Kəndarası işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür. Kəndin məktəb binasının və məscidin tikintisi başa çatıb. Hazırda istilik sistemlərinin quraşdırılması aparılır. Evlərə verilən elektrik enerjisində fasilə yaranmaması üçün Cocuq Mərcanlıda yarımstansiya tikilir, elektrik xətləri kabel sistemi ilə çəkilir”.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev, bir məktəb binası və məscid tikilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook