SON XƏBƏR

“Coca-Cola” insanları belə öldürür - ÜST-dən AÇIQLAMA

İyun 30
10:12 2023
ÜST "Coca-Cola”nın tərkibindəki dadlandırıcını kanserogen elan etdi.

Bu barədə "Reuters” məlumat yayıb.

"Coca-Cola” pəhriz sodalarından "Mars Extra” saqqızına və bəzi "Snapple” içkilərinə qədər bir çox məhsullarda istifadə edilən aspartam maddəsi Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentlik (IARC) tərəfindən "insanlar üçün kanserogen ola bilər" siyahısına daxil ediləcək.

Bununla belə, keçmişdə müxtəlif maddələrlə bağlı agentliyin oxşar qərarları istehsalçılar tərəfindən tənqidlərə səbəb olub.

ÜST-ün Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi (JECFA) də aspartam maddəsinin istifadəsini araşdırırır və nəticələri iyulun 14-də elan edəcək. Bununla belə, hər iki qurumun nəticələrinin bir-birini tamamladığı bildirilir.

Qeyd edək ki, aspartam maddəsi uzun illərdir, geniş şəkildə öyrənilir. Keçən il Fransada 100.000 insan arasında aparılan müşahidə araşdırması, aspartam da daxil olmaqla daha çox süni dadlandırıcı qəbul edənlərin xərçəngə tutulma riskinin bir qədər yüksək olduğunu göstərib.

Təəssüf ki, əsas qida və içki istehsalçıları onilliklər ərzində bu maddəni öz məhsullarında istifadə edib və etməkdədir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook