Ceyhun Hacıbəyli ilə bağlı - Sərəncam
Noyabr 19
23:14
2015
Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Qlobalinfo.az-ın məlumatına görə, Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə imzalanan sərəncamda deyilir:
"1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.