Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb

Mart 29
16:10
2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
"Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Y.Qalant da tviter hesabında C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.
Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.