Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

İyul 22
17:49
2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.
Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.