SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

“Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var”- Avrora MMC-dən şikayət

Fevral 17
17:01 2025
"Avrora” MMC-də nəzarətçi-gözətçi vəzifəsində işləmiş şəxs məhkəməyə müraciət edib. O, müqavilədə nəzərdə tutulan iş saatından artıq işlədildiyi üçün etiraz etdiyini, buna görə də işdən çıxarıldığını bildirib.

Rasim (ad şərtidir) hazırda MMC-dən 2 min manat tələb edir.

Rasim şikayətində bildirir ki, aylıq əmək haqqı 400 manat olub. Müqavilədə günlük 12 saat iş vaxtı göstərilib, lakin əlavə saatlarda işə cəlb edilib:

"İşlədiyim müddətdə artıq 130 saat işə cəlb edilmişəm. Sonra 14 saat gecə növbəsi və 24 saat günlük rejimdə işə cəlb etdikləri üçün etiraz etdim. Buna görə işdən çıxarıldım. MMC-nin İnsan Resursları Departamentində məni qəbul etdilər. Dedilər ki, işə buraxılmadığım günlərin əmək haqqısı və artıq işə cəlb etdikləri iş saatlarının əmək haqqını ödəyəcəklər. Hər iş günü işə başlayanda və işdən çıxanda turniketə barmaq izi vururuq. Artıq işlədiyim saatları müəyyənləşdirmək olar”.

Şikayətçinin sözlərinə görə bu barədə MMC-nin rəhbərinə də məlumat verib: "İşdən çıxandan bir müddət sonra Şuşa şəhərində keçirilən türk dövlətlərinin qeyri-rəsmi görüşündə ofisiant işləmək üçün Şuşa otelinə getmişdim. Təsadüfən MMC-nin prezidenti Ceyhun Abbasovu gördüm. Ona edilən haqsızlıqları bildirdim. Öz şəxsi mobil nömrəsini verdi, bildirdi ki, narahat olma. Bakıya qayıdanda Ceyhun müəllimə yenidən yazdım. İnsan Resurslarına yaxınlaşmağımı istədi. Ora gedəndə dedilər ki, işə qayıdım, ayın sonu da bütün ödənişlərini edəcəklər. Yenidən işə başladım. Amma ödənişləri etmədilər. Ərizə yazıb işdən çıxdım. Rəsmi qurumlara da müraciət etmişəm. Ceyhun Abbasovun və insan resurslarının əməkdaşı Leyla xanımın mənə verdikləri sözləri təsdiq edən səs yazıları və yazışmaları var. Amma pulumu ala bilmirəm”.

Qeyd edək ki, şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. Amma məhkəmə şikayəti təmin etməyib.

Mənbə: Musavat.com
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook