Cəriməyə görə polis tərəfindən saxlanılan şəxs qəfil öldü
Mart 09
15:58
2023
Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb. Bildirilib ki, sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən "Saxla” əmrindən sonra qəfil vəfat edib.
"YPX əməkdaşı sürücüyə yaxınlaşaraq nəqliyyat vasitəsini saxlamasının səbəbini izah edib. Sürücü Vidadi Baxışov isə YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini bildirib.
YPX inspektoru əraziyə təcili tibbi yardım avtomobili dəvət edə biləcəyini söyləsə də, sürücünün həyat yoldaşı özlərinin təcili yardım çağırdıqlarını qeyd edib. Sürücü özünü narahat hiss etdiyi üçün YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.
Daha sonra sürücü sükan arxasına əyləşərək, avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb”.