Cənubi Koreya Saxalin adasını Yaponiyanın ərazisi kimi “tanıdı”
Mart 10
15:28
2016
Cənubi Koreyada istifadə edilən dərsliklərdən birində Saxalin adası Yaponiyanın ərazisi kimi təsvir olunub.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanlışlığı 11 yaşlı Seul məktəblisi görüb və bu barədə anasına xəbər verib. Şagirdin anası bununla bağlı nəşriyyata müraciət edib. Orada valideynə bildiriblər ki, Saxalin "mübahisəli” ərazidir və dərsliklər Təhsil Nazirliyi tərəfindən təsdiq edildikdən sonra çap olunur. Bu səbəbdən də, hər hansı səhv yalnız nazirliyin qərarı ilə düzəldilə bilər.
Məsələni sona kimi araşdırmaqda israrlı olan koreyalı qadın ölkədəki Rusiya səfirliyinə müraciət etməyi planlaşdırır.
Xatırladaq ki, Yaponiya Rusiyaya qarşı Cənubi Kuril adaları ilə bağlı ərazi iddiaları irəli sürür və bu məsələ iki ölkə arasında mübahisə mənbəyidir. Saxalin adası ilə bağlı Yaponiyanın hər hansı iddiası qeydə alınmayıb.



