SON XƏBƏR

Cənubi Amerikada ən yüksək zirvəyə Azərbaycan bayrağı sancıldı – VİDEO

Noyabr 08
01:18 2016
Məşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov dünya səyahətini davam etdirir. Musavat.com xəbər verir ki, R.Ziyadov velosipedlə Cənubi Amerikaya çatan ilk həmyerlimiz olub. O, Kolumbiya və Ekvadordan keçərək Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir.
 
O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də, Çonta və digər zirvələri fəth edib. R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub. Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq Gününə həsr edib. Həmin zirvədə çəkdiyi videonu isə facebook səhifəsində paylaşıb.
 
Qeyd edək ki, R.Ziyadov dünya səyahətinə 2 il öncə başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook