SON XƏBƏR

Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşəcək

Fevral 05
19:46 2016
Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşəcək
 
Bu gün Azərbaycanın görkəmli yazıçı-dramaturqu, ssenaris-kinorejissoru Rüstəm İbrahimbəyovun doğum günüdür.
 
Ölkə hüdudlarından kənarda kifayət qədər məşhur olan sənətkarın 77 yaşı tamam olur. Doğum günündə R.İbrahimbəyovla danışmaq, ad günü təəssüratlarını, hazırkı planlarını soruşmaq istəsək də, onun mobil telefonuna zəng çatmadı.
 
Kinorejissorun yaxın dostu, professor Cəmil Həsənli isə telefon zəngimizə Moskvadan cavab verdi. O, bildirdi ki, bir gün qabaq müəllifi olduğu yeni kitabın nəşri ilə əlaqədar Rusiya paytaxtına gəlib. R.İbrahimbəyovu soruşduqda C.Həsənli dedi ki, kinorejissor da Moskvadadır və zəng edib, onun doğum gününü təbrik edib. C.Həsənli sualımızın cavabında R.İbrahimbəyovla görüşəcəyini və onu şəxsən təbrik edəcəyini də dedi.
 
Qeyd edək ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın namizədi olan R.İbrahimbəyov sonrakı müddətdə həbs oluna biləcəyini nəzərə alaraq, ölkəyə gəlməyə tərəddüd edir. Kinorejissor səhhətində ciddi problemlər olduğunu da etiraf edib.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook