SON XƏBƏR

Cəmil Həsənli ABŞ-ın nüfuzlu mükafatına layiq görüldü

Oktyabr 21
22:55 2015
Milli Şura sədri, tarixçi-alim Cəmil Həsənli ABŞ-ın Beynəlxalq Vudro Vilson Mərkəzinin IRDA mükafatına layiq görülüb. Mükafatın sahibi keçmiş laureatların səsverməsi nəticəsində müəyyən edilir.
 
Mərkəzin saytında Milli Şura sədrinin tarixçi-alim kimi fəaliyyətinə də toxunulub. Onun 2013-çü ildə müxalifətin prezidentliyə vahid namizədi olduğu qeyd edilib. Məlumatda bildirilir ki, Milli Şura sədri kimi Cəmil Həsənli insan haqlarının pozulmasına, jurnalistlərin təqib olunmasına etiraz edir, siyasi məhbuslara mənəvi dəstək verir.
 
IRDA mükafatı 2005-ci ildə təsis edilib və demokratiya uğrunda mübarizə aparan insanlara təqdim edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook