SON XƏBƏR

Cəlilabadda qeyri-adi hadisə: işsiz sakin xəbəri olmadan işə götürülüb, ancaq maaşsız... - VİDEO

Avqust 06
19:12 2020
Cəlilabad rayonunda işsiz olduğunu düşünən sakin özünün də xəbəri olmadan işə götürülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, Uzuntəpə kəndinin sakini Nəsir Hüseynov Cəlilabad rayon Məşğulluq Xidmətinə işsiz kimi müraciət edib.

Ancaq bu zaman ona iki ay əvvəl Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatında vakant yerə işə qəbul olunduğu deyilib. N.Hüseynova yaxın günlərdə işdən azad olunacağı bildirilib.

Hətta şikayətçi adına gəlmiş əməkhaqqı kartını alsa da, balansda məbləğ olmayıb.

N.Hüseynov məsələnin araşdırılması üçün aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edib.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook