SON XƏBƏR

Cəlilabad RMX yenidən koronavirus xəstəxanasına çevrilib

Avqust 31
10:57 2021
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar karantin xəstəxanasına çevrilib.
 
"Report”un Muğan bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən, tibb müəssisəsi yenidən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.
 
Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir. Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.
 
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası bundan öncə bir neçə dəfə də koronavirus xəstələrinə xidmət göstərib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook