Cəbhədən gələn məlumatlar onu deməyə əsas verir ki... (ŞƏRH)
Oktyabr 12
12:32
2020
"Gələn məlumatlar onu deməyə əsas verir ki, döyüşlər davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli deyib. Politoloq qeyd edib ki, hazırda əsas məqam Moskvada imzalanan bəyanatın nə dərəcədə ciddi olduğu və onun necə həyata keçiriləcəyi məsələsidir:
"Bu anlaşma imzalanandan sonra cəbhədə döyüşlər dayanmır. Halbuki orada qeyd olunurdu ki, humanitar atəşkəs əldə olunacaq və bu müddətdə əsirlərin mübadiləsi həyata keçiriləcək, həlak olanların cəsədləri döyüş meydanından çıxarılacaq. Hələ ki atəşkəs görmürük, əksinə, razılaşma qəbul olunduqdan sonra cəbhədə erməni tərəfi itirdiyi mövqeləri geri qaytarmaq üçün hücumlara başladı. Və təbii ki, Azərbaycan ordusu da bu hücumlara cavab verir. Hazırda belə görünür və gələn məlumatlar onu deməyə əsas verir ki, döyüşlər davam edir”.
Şahin Cəfərli bildirib ki, Rusiyanın bundan sonrakı addımları maraqlı olacaq:
"Rusiya bu razılaşmanı həyata keçirmək üçün yenidən təzyiqlərə başlayacaq. Amma erməni tərəfi provakasiyalarını davam etdirəcəyi müddətdə Azərbaycanın tam haqqıdır ki, bunlara cavab versin. Hətta işğalçı tərəfi yerində oturtmaq üçün əks həmlələr də etsin. Ona görə də Rusiya əgər bu razılaşmanı həyata keçirmək istəyirsə, ilk növbədə Ermənistana təzyiq göstərməlidir ki, işğalçı tərəf hücumları dayandırsın. Xüsusən də Azərbaycanın dinc şəhər və rayonlarına atılan raket zərbələri böyük cinayətdir. Yaxın günlərdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyinin şahidi olacağıq”.