Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırıb
Fevral 21
08:05
2016
Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib.
APA-nın "Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.
Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.
Qlobal.az



