SON XƏBƏR

Cavid Qurbanov Hicran Valehovu niyə özünə sələf seçdi? – ARAŞDIRMA

May 26
18:09 2022
Bir neçə gün bundan öncə Dəmir Yolları Qapalı Səhimdar cəmiyyətinin sədri Cavid Qurbanovu ölkə başçsı tutduğu vəzifəsindən azad etdikdən sonra demək olar ki, ölkə başçsının bu qərarı hər kəs üçün gözlənilməz oldu. Onu digər sərəncamla başqa bir vəzifəyə təyin edilməsi cənab Qurbanovun son zamanlar işinin öhtəsindən gələ bilməməsi ona olunan ehtimadları doğrulda bilməməsindən xəbər verir. Siyasi ekspertlərdə öz açıqlamalarında Cavid Qurbanovun yeni vəzifəsini simvolik adlandırırlar. Cənab Pirezdentin Qurbanovla bağlı sərəncamı bir daha subut etdiki, Xalqın yanında olmayan, xalqa xidmət etməyən məmurlar kimliyindən aslı olmayaraq mutləq şəkildə ən sərt formada cəzalandırılacaqlar.

Son vaxtlar Dəmir yollarında, işçilərin narazlıqlarının pik həddə çatması buna baris nümünədir. Ölkə başçsı İlham Əliyevin Cavid Qurbanovu vəzifəsindən azad etməsi, ictimayyətdə yüksək rəgbətlə qarşılandı. Amma çox təsüflər olsun Cavid Qurbanov bu postu hələ də, rahatlıqla əldən vermək istəmir.

"Azərbaycan Reallığı”na Dəmir Yol Qapalı Səhimdar Cəmiyyətində çalışan etibarlı mənbədən daxil olan məlumata görə, Cavid Qurbanov qanunlardan üstün olduğunu bir daha sübut edib. Beləki, Cavid Qurbanovun səlahətlərini birinci muavini Əlirza Süleymanov icra etməli olduğu halda, Qurbanov müdaxilə edərək onun bu postunu öz yerlisi Hicran Valehova həvalə edib.

Hicran Valehov kimdir?

Cavid Qurbanovun muavinlərindən biri olan, əslən kəlbəcərli Hicran müəllim haqqında xəbər saytlarına nəzər salsaq heç də normal informasiyaya rast gəlmək mümkün deyil. Hicran müəllim ölkə sərvətlərini xaricə daşımaqla, Dövlət əmlakını talamaqla ad qazanıb.

Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli Bir neçə ay bundan öncə Cənab Valehov haqqında sənədlər və faktlarla çıxış edib. Sözügedən araşdırmanı sizlərə təqdim edirik,

İfşaedici sənədlərdə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovla Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun adları çəkilir.

SİTAT:

"Keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı ELUREL TRANS S.R.O. şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady) barədə məlumat vermişdim. Qeyd etmişdim ki, bu şirkət Arif Əsgərov vəzifədən gedənə qədər onun nəzarətində olub, lakin Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb. Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir. 2018-ci ilin aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir.Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur.

Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01. Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E – G R O U P şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021).

2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər.Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur.Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).

Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur.2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlı aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib”. Bu faktlar maraqlı mənzərə yaradır və bir iddianı da qabardıb. Yeni iddialara görə, əslində yuxarıda sadalanan SƏRVƏTlərin əsl SAHİBİ dolayısıyla baş dəmiryolçu Cavid Qurbanovdur. Əslində Arif Əsgərova aid olan şirkətlər elə Cavid Qurbanovun nəzarəti altındadır. Digər adlar isə Cavid Qurbanovun yaxın ətrafı kimi proseslərə cəlb olunub.

Hicran Valehovun əslində Cavid Qurbanovun "qara kassası” kimi də xarakterizə edənlər var. Ötən gün dia.az-a danışan məlumatlı mənbə Hicran Valehovun əli ilə Cavid Qurbanovun milyonlarla büdcə vəsaitini ölkədən çıxarmaqla məşğul odduğunu da iddia edib…
 
(Dia.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook