SON XƏBƏR

Cavid Qurbanov Fransadan kredit götürür

Fevral 11
15:03 2016
"Azərbaycan Dəmir Yolları” QSC Biləcəri və Gəncə lokomotiv depolarında iki lokomotiv istismar sexinin tikintisi üzrə prekvalifikasiya üçün tender elan edir.
 
"Azərbaycan Dəmir Yolları” maliyyə vəsaitinin ayrılması məqsədilə Fransa İnkişaf Agentliyinə müraciət edib və bu maliyyə vəsaitinin bir hissəsinin prekvalifikasiya proseduru çərçivəsində satın alınacağı müqavilələr çərçivəsində ödənişlərə yönəltmək niyyətindədir.
 
Tender 2 lot üzrə – Gəncə lokomotiv istismar sexinin yenidən qurulması məqsədilə yekun layihələndirmə, tikinti işləri, enerji yarımstansiyası, işarəvermə sisteminin quraşdırılması, yolların və asma kontakt xəttin çəkilməsi və Biləcəri lokomotiv istismar sexinin yenidən qurulması məqsədilə yekun layihələndirmə, tikinti işləri, enerji yarımstansiyası, işarəvermə sisteminin quraşdırılması, yolların və asma kontakt xəttin çəkilməsi üzrə keçirilir və tenderə dəvət 10 may 2016-cı ildə keçiriləcək.
 
Prekvalifikasiya proseduru ilə maraqlanan iddiaçılar prekvalifikasiya sənədlərinin ingilis dilində tam dəstini yazılı şəkildə müraciət etməklə və geri qaytarılmamaq şərti ilə 300 manat ya 200 ABŞ dolları ödəməklə əldə edə bilərlər.
 
Prekvalifikasiya proseduru ilə maraqlanan münasib iddiaçılar "Azərbaycan Dəmir Yolları” QSC-dən saat 09:00-dan 17:00-a qədər əlavə məlumat əldə edə və prekvalifikasiya sənədi ilə tanış ola bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook