Cavanşir Feyziyevin şirkəti qayda pozdu
Avqust 21
08:52
2023
"Avromed Company" QSC məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, şirkət gömrükdə qayda pozub.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Bakı Şəhəri Nizami rayon məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutacaq.
Nizamanmə kapitalı 57 min manat olan "Avromed Company" QSC-nin qanuni təmsilçisi Kamran İnqilab oğlu İsgəndərovdur.
Mətbuatda gedən məlumatlara görə, "Avromed Company” QSC Millət vəkili Cavanşir Feyziyevə məxsusdur.
"Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.