SON XƏBƏR

Cavanşir Alaverdizadənin ölkədən çıxışına stop qoyuldu

Fevral 12
05:30 2025
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur. 

Əldə etdiyimiz məlumata görə, sözügedən borca görə C.Alaverdizadə barəsinnin ölkədən çıxışına məhdudiyyət qoyulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook