Calud meşələrini şumladıb taxıl əkdirənlərə kimlər şərikdir? – Samir Şərifov, yoxsa Muxtar Babayev
İyun 19
11:30
2021
Oğuz rayonun Calud 1 A meşə dolaylarında 200 fısdıq və palıd ağaclarının içlik material kimi kəsilərək hazırlanması və çox hissəsinin də hazırda meşə ərazisində qalması barədə sonuncu şikayət redaksiyanın elektron poçtuna bu gün göndərilib. Niyə sonuncu deyirik? Çünku buna qədər Aktualinfo.org sözügedən meşələrin kütləvi şəkildə qırılmasından dəfələrlə keniş məqalələr yayıb,aidiyyatı qurumlar qarşısında ekologiyanı talayanların barəsində olçü götürülməsi məsələsi qaldırıb.Lakin hər yazıdan sonra yerli sakinlər meşə zolaqlarının qırılması barədə bizə yeni məlimatlar verməkdədirlər. Bu dəfə də meşə əraziləri hesab edilən "kilsə düzü”, "düz dərə” adlanan meşələrdə də kütləvi ağac kəsintiləri son 5 ayda baş versə də, bunlardan yalnız 20%-i meşə gözətçisi tərəfindən damqalanmış və 090 nömrəsi vurulmuşdur. Bu barədə redaksiyamıza video və fotomateriallar göndərilmişdir. Bir sözlə, qədim Calud meşələri hazırda yoxa çıxmaq üzrədir.
Bu arada xatırladaq ki, Calud meşə son 10 ildə kəsib satdırdığı ağaclara görə ETSN rəhbərliyi tərəfindən şoxsaylı şikayətlərə cavab tədbiri kimi gözətçisi İsabala adlı şəxsi işdən çıxarmaqla güya cəzalandırmış və onun oğlunu atasının yerinə formal olaraq təiyin etmişlər. Yəni faktiki olaraq İsabala öz əməllərini indi də davam etdirməklə meşələrin axırına çıxmaq üzrədəir. Bir sözlə, regionun digər meşə dolaylarında olduğu kimi, burada da meşələrdəki qiymətli ağac cinsləri seçilərək 55 və 60 sm uzunluğunda olmaqla, səliqə ilə doğranaraq mebel sexlərinə satılmağa- tədarükə göndərilir. Sanki bütün meşə gözətçiləri birbaşa ETSN rəhbərliyindən tapşırıq alıblar ki, hər bir meşə dolayı üzrə məsələn, ayda 15 yük avtomobili meşə materialı dədlərinin malı kimi satılsın və əldə edilmiş "qazanc” Bakıya göndərilsin. ETSN regionlarının idarə rəhbərləri də sanki bir "taksi sürücüsü” kimi fəaliyyət göstərərək aylıq” PLANI” yerinə yetirməklə, sonda maaşdan əlavə plana uyğun faizlə mükafat da alırlar. Amma nədənsə qumar oyununa oxşar bu mexanizm bizim heç xoşumuza gəlmir. Xoşumuza gəlməyən digər səbəb də budur ki, regionlarda açıq-aşkar baş verən meşə cinayətləri ilə bağlı yerli hüquq-mühafizə orqanları nədənsə çox passivlik göstərirlər. Meşələrimizi kəsdirib satan Alim Əlizadə və onun hərəkətlərinə göz yuman DETX-nin rəisi Hikmət Əlizadə də həmçinin.
Hətta iş o həddə çatıb ki, Oğuz rayonun Calud Bələdiyyəsi ərzindəki 70 ha meşə fondu torpaqlarının ETSN-lə 2019-ci il 29 noyabr tarixində aqrobağ salınması adı altında bağladıqları 7 nömrəli icarə müqaviləsinin şərtlərinə zidd olaraq 150-200 illik iri və orta gövdəli qiymətli meşə cinsli sıx ağaclardan, 36 ha isə fındıq və qoz bağından ibarət meşə fondunun hamısı kürünərək məhv edilmiş, 10 ha sahədə vələmir, 15 ha sahədə isə taxıl əkilmişdir.( Bələdiyyə fonduna aid 20 ha əvəzinə 25 ha, yəni 5 ha meşə fondu qanunsuz olaraq məhv edilmişdir) Sahənin ortasında yaşı 200-dən çox olan 7 ədəd qovaq ağacları qalmışdır. Əkilmiş sahənin ortasında qazılmış iri çalaya isə irigövdəli ağacların kökləri basdırılmış, üzəri torpaqla örtülmüşdür. Məlumata görə digər 30 ha əraziyə də ETSN əməkdaşlarının monitorinqindən sonra dərhal taxıl səpilmişdir. Yerli sakinlərin verdikləri məlumata görə həmin qədim 70 ha iri ağaclı sıx meşə fondu torpaqları da 2 il əvvəl Maliyyə naziri Samir Şərifovun qohumu hesab edilən Nihad Zahid oğlu Şərifli adlı fiziki şəxslə ETSN arasında uzunmüddətli icarə müqaviləsi bağlamışdır.Məlumata əsasən müqavilədə adı qeyd edilən fiziki şəxs Nihad Maliyyə nazirinin qohumu olan və hazırda İqtisadiyyat Nazirliyinin Vergilər Xidmətində yüksək vəzifə tutan Zahid Şəriflinin oğludur. Monitorinqin nəticələrindən də görünür ki, Bayan kəndi yaxınlığında yerləşən, yerli sakinlərin haqlı narazılığına səbəb olmuş fındıq və qoz bağının tamamilə kürünərək məhv edilməsi nəticəsində yerli sakinlərin burada yetişən meyvələrin yığıb satışından əldə etdikləri gəlirlərdən də məhrum edilmişlər.
Calud kəndi yaxınlığında Maliyyə naziri Samir Şərifovun qohumıarının qədim Alban məbədinin dağıdılması bir məmurun qazancının artaması ilə yekunlaşmışdır. Maraqlısı bu olmuşdur ki, monitorinqdə, ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini və baş inspektorunun, Meşələrin İnkişafı Depertamentinin inspektorunun və yerli Qəbələ Regional Ekologiya və Meşə Təsərrüfatı rəhbərlərinin iştirakı ilə keçirilən bu tədbirdən dərhal sonra, qalan 50 ha meşə ərazisi də qanunsuz olaraq kürünərək yerinə taxıl səpilmişdir. Sanki hörmətli maliyyə nazirinin qohumu bu qanunsuz hərəkətilə bizlərə demək istəyirmiş ki, "Gedin işinizlə məşğul olun!”. Doğrudan da monitorinq zamanı yerli sakinlərin hiddətinə səbəb olan, aqrobağ yerinə meşə fondunda qanunsuz taxıl əkinilə məşğul olan bu fiziki şəxs olan dövlət məmuru barəsində son 3 ayda nə ETSN rəhbərliyi, nə də yerli regional idarə rəhbərliyi qanuni tədbir görməyə hələlik cürət etməmişdir. Bu özbaşnalığın ən dəhşətli fəsadı isə Azərbaycan tarixinə və millətinə vurulan ən ağır yara hesab edilə bilər: Belə ki, yerli sakinlərin verdiyi məlumatdan aydın olur ki, məhv edilmiş 70 ha meşə fondunun cənub hissəsində böyük xan çinar ağacının yaxınlığında yerləşən, tarixini bu günə kimi dəqiqləşdirilməsi mümkün olmayan Alban kilsəsinin meşəni kürüyən ağır tonajlı traktorların məsuliyyətsiz hərəkəti nəticəsində bu qədim tarixi abidə demək olar ki, dağıdılmışdır. Bir daha xatırladaq ki, sözügüdən və bir neçə ay əvvəl vandalcasına dağıdılmış Oğuz rayonunun Calud kəndi ərazisində qədim tuf daşından tikilmiş memarlıq abidəsi – Alban məbəd binası da var idi ki, bu gün də bu abidənin tarixi müəyyənləşdirilməyib. Abidənin bərpasına böyük ehtiyac var və binadan heç bir məqsədlə istifadə olunmurdu. Dövlət tərəfindən mühafizə edilməsinə və qeydiyyatda olan abidələr siyahısına salınmasına baxmayaraq abidə tam məhv olmaq təhlükəsilə üzləşmişdir.

Dövlət tərəfindən qorunan və 2 ay əvvəl traktorla vəhşicəsinə dağıdılan 3000 illik Calud kəndi yaxınlığındakı Alban Məbədi Oğuz Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi özündə olduqca zəngin mədəniyyəti qoruyur. Azərbaycanda dövlət səviyyəsində abidələrin mühafizəsinə xüsusi diqqət yetirilir. Oğuzun gözəl təbiəti, turizm üçün əlverişli olması həm vətəndaşlarımızı, həm də turistləri rayona çəkir. Onlar burada qədim çağlardan qalan abidələrlə, kurqanlarla tanış olur. Əlbəttə, ululardan əmanət qalan maddi-mədəniyyət abidələrini dövlətlə yanaşı, vətəndaşlar da, ictimaiyyət də qorumalı, onun qeydinə qalmalıdır. Çünki hər bir abidə tarixdən tarixə mirasdır. Lakin çox təəəsüflər olsun ki, Calud kəndi ərazisində olan və dövlət tərəfindən qorunan və mühafizə edilən bu abidə dövlət məmurunun qanunsuz biznesinin inkişaf etdirilməsinin qurbanına getmişdir. Min illərdən sonra günümüzə gəlib çıxmış maddi-mədəniyyət abidəmizin dağıdılmasına nə ad vermək olar? Niyə ETSN rəhbərliyi erməni vandallarından fərqlənməyən belə bir yerli vandalla aqrobağ adı altında sıx meşə fondunun məhv edilməsi və yerində taxıl əkilməsilə başa gələn uzun müddətli icarə müqaviləsi bağlamışdır ki, bu yadelli insanlar da Oğuz türkünə məxsus tarixi abidəni məhv edilməsinə şərait yaratmışdır. Hesab edirik ki, insanlıq və tarix əleyhinə qarşı törədilmiş bu vandallıq cinayətinin bütün məsuliyyəti ETSN rəhbərliyinin üzərinə düşür. Və hesab edirik ki, cənab Prezidentin göstərişi əsasında yaranacaq dövlət komissiyası bu vandalizm aktının baş vermə səbəblərini yerində araşdıracaq və hüquqiqi qiymətin verilməsi üçün lazımi göstərişlər verəcəkdir. İnanırıq ki, yaşadığımız hüquqi dövlətdə istər meşə fondlarının qanunsuz olaraq işbazlar tərəfindən kürünürək tamamilə məhv edilməsinin və tarixi abidələrimizə qarşı törədilən erməni vəhşiliyinə bərabər olan cinayət hadisələrini törədənlər və onlara qanunsuz şərait yaradanların hamısı tezliklə cəzalarını alacaqlar.