Cahangir Hacıyev Bakı İstintaq Təcridxanasına qaytarıldı
Yanvar 21
18:21
2016
Azərbacan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən köçürülüb. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, C.Hacıyev bu gün günorta saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Hazırda onun səhhəti və saxlanma şəraiti normaldır.



