Üç rayonda reallaşdırılan “Unutma!” - gənclər üçün Qarabağ dərsləri” layihəsinə yekun vurulub
Oktyabr 21
15:59
2015
"Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unutma!” - gənclər üçün Qarabağ dərsləri” layihəsinə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bərdə, Ağcabədi və Göyçay rayonlarında keçirilən tədbirlərdə gənclərə Qarabağın tarixi, görkəmli şəxsiyyətləri, tarixi-mədəni abidələri, eləcə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Gənclərin sosial şəbəkələr vasitəsilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə töhfə verdikləri diqqətə çatdırılıb.
Layihə çərçivəsində həmin rayonların gənclər və idman idarələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub, istedadlı gənclərdən ibarət "Tariximizi sevək” istedadlar klubları yaradılıb. Həmçinin layihə iştirakçılarına Qarabağın tarixinə dair təbliğat vasitələri paylanıb.
AzərTac İA



