Üç ölkə Lavrova görə hava məkanını bağlayıb
İyun 06
02:08
2022
Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmaya bilər. APA-nın xəbərinə görə, bu barədə Serbiyanın "Veçerne novosti" qəzeti məlumat yayıb.
Buna səbəb Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanlarını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlamasıdır.



