SON XƏBƏR

Böyükşor gölünə çirkabı axıdılan asfalt zavod kimindir?

Sentyabr 27
14:47 2024
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan "Bakı 4 №-Li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt zavodun çirkab suları Böyükşor gölünə axıdılır.
 
Qlobal.Az xəbər verir ki, bu barədə Azfakt.com  saytı məlumat yayıb. 
 
Məlumata görə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Bakı 4 №-Li Yol İstismarı" MMC-yə məxsus asvalt zavod işləyəndə havaya qatı və kəskin qoxulu tüstü buraxır. Ərazidə yaşayan sakinlər bildirirlər ki, çox vaxt gecələr işləyən zavodun tüstüsü evlərin içinə qədər gəlib çatır. Bundan başqa zavodda formalaşan çirkab sular yenə də gizli şəkildə Böyük Şor gölünə axıdılır. 

"Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayevdir. 
 
Fazil Musayevə bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq və cərimə tətbiq edilib. 

Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır. 

Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik.

Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook