“Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı
Mart 30
10:34
2022
"Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.
"Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.
Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.