Böyük Britaniyada 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb
Noyabr 10
00:29
2021
Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki "John Lewis” binası, "Soho” ərazisində, "London Eye” ərazisində , "South bank” ərazisində "Covent Garden” ərazisində və "Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.



