Böyük Britaniya Ukraynadan səfirlik işçilərini çıxarmağa başlayıb
Fevral 12
11:17
2022
Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb.
"Report” xəbər verir ki, Böyük Britaniya XİN səfirliyin konsulluq yardımı göstərə bilməyəcəyini bildirib.
"Səfirlik açıq qalır, lakin konsulluq yardımı göstərə bilməyəcəyik. Britaniya vətəndaşları kommersiya imkanları qaldığı müddətdə ölkəni tərk etməlidirlər”, - məlumatda vurğulanıb.



